Ermənilər Xocalının kəndinə Rusiya hərbçilərinin yerləşdirilməsini tələb etdi...-VİDEO
Gündəm
5001
12 Mar 2021 | 10:30

Ermənilər Xocalının kəndinə Rusiya hərbçilərinin yerləşdirilməsini tələb etdi...-VİDEO

Kəndin yaxınlığında erməni hərbçiləri nəzərə çarpmasa da, onların postları və üzrərində dalğalanan Ermənistan bayrağı  aydın görünür...
 
Belə informasiyaları yaymaqla Rusiya tərəfi Azərbaycan torpaqlarındakı hərbi kontingentinin sayını axtarmağa bəhanələri artıra bilər...
 
Azərbaycan Respublikası Xocalı rayonunun 2020-ci il noyabrın 9-da işğaldan azad edilmiş  Muxtar kəndi ərazisində yaşayan ermənilər  yaşayış məntəqəsində Rusiya sülhməramlılarının yerləşdirilməsini tələb ediblər.
 
Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
 
Rusiya nəşrinin müxbiri tərəfindən "sərhədyanı kənd" kimi təqdim edilən yaşayış məntəqəsinin qanunsuz icma rəhbəri Mxitar Arustamyan  və bir neçə sakin kənddəki vəziyyət barədə danışıb. M.Arustamyanın sözlərinə görə,  müharibədən öncə kənddə  100 nəfər yaşayıb, hazırda  isə 80 erməni yerləşib. 3 ailə geri dönməyib. Kənddəki ermənilər Ermənistan hökumətinin ödədiyi pensiya və sosial ödənişlər hesabına yaşayır. Əkin və otlaq sahələri Azərbaycan ordusunun nəzarətində olduğundan sakinlər əkin-biçinlə məşğul ola bilmirlər. Amma qadınlar da deyir ki, bura bizim vətənimizdir və biz heç hara gedən deyilik. Sakinlər deyir ki, Muxtar kəndi erməni hərbçiləri tərəfindən qorunur, lakin onların postlarının sayı azdır. 
 
Ermənilər kəndin üç tərəfdən, 500-700 metr məsafədə Azərbaycan hərbçiləri ilə əhatə olunduğunu,  guya onların gecələr havaya atəş açdıqlarını, onların nəzarətində olan ərazilərə keçən mal-qaranı ələ keçirdiklərini bildiriblər. Bu və digər səbəblərdən ermənilər  Muxtar kəndinin ətrafında  erməni postlarının sayının artırılmasını və Rusiya hərbçilərinin də postlarının qurulmasını tələb edirlər.
 
Təqdim edilən videoda Muxtar kəndin  yaxınlığında erməni hərbçiləri nəzərə çarpmasa da, onların postları və üzrərində dalğalanan Ermənistan bayrağı  aydın görünür.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytındakı məlumata görə, 2020-ci il noyabrın 9-da Xocalı rayonunun digər 6 kəndi ilə yanaşı, Muxtar kəndi də Milli Ordumuz tərəfindən işğaldan azad edilib.
P.S. Belə informasiyaları yaymaqla Rusiya tərəfi Azərbaycan torpaqlarındakı hərbi kontingentinin sayını axtarmağa bəhanələri artıra bilər...
 
Zəruri məlumat:
 
Muxtar - Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Muxtar kəndi Qarabağ silsiləsinin ətəyində, Şuşa şəhərindən bir neçə km şərqdə yerləşir. 
 
XIX əsrin əvvəllərində Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rəsmiləşdirilib. Oykonimi şəxs adı ilə əlaqələndirirlər.
 
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Mxitarikənd olub. Ermənilər tərəfindən “Mxitarişen” adlandırılır.
 
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
 
Sultan Laçın

 

Link kopyalandı!
Son xəbərlər