Laçın azad olunduqdan sonra Ermənistanın bu kəndlərinin də canına qorxu düşdü...
5760
04 Dec 2020 | 10:10

Laçın azad olunduqdan sonra Ermənistanın bu kəndlərinin də canına qorxu düşdü...

Dekabrın 1-də Azərbaycan Respublikasının Laçın rayonunun da azad olunmasından sonra  28 ildən çox həmin bölgəni  işğal altında saxlamış, onun gerçək sakinlərini öz doğma yurd-yuvalarına həsrət qoymuş təcavüzkar Ermənistanın qonşu hesab olunan kəndlərinin sakinləri  qorxuya düşüb.

Moderator.az  xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, söhbət  Laçın rayonu ilə sərhəddə çox yaxın yerləşən  Gorus rayonunun Xoznavar, Tex, Gorunzur və Xınzirək kəndlərindən gedir. Ən “təhlükəli” vəziyyət  Laçının Hüsülü, Hacılar, Sadınlar, Malıbəy kəndlərinin əhatəsində qalmış Xoznavar kəndindədir. Erməni sakinlərin sözlərinə görə, Azərbaycan hərbçiləri lap yaxında görünür, ona görə də çox qorxurlar.  

Tex, Gorunzur, Xndzoresk kəndləri isə şimaldan Laçının Cağazur, Zabux, şərqdən Malxələf, Baldırğanlı, cənub-şərqdən isə Qazıdərə, Cijimli,  eləcə də cənubdan Qubadlının Məlikəhmədli, Əliquluuşağı, Davudlu və s. kəndlərinin “mühasirəsi”ndədir...

Əslində ermənilərin qorxmaq üçün heç  bir əsası yoxdur; Azərbaycan ordusu silahsız, müqavimət göstərməyən, təxribat törətməyən heç bir mülki şəxsə atəş açmır...

Xatırladaq ki, “Ermənistan” adlanan qondarma dövlətin sözügedən kəndləri də tarixi Azərbaycan yaşayış məntəqələridir. Onların adları da hamısı türk kökənli adlardır. Məsələn, “Xoznavar” əslində Xəzinəvar, “Xndzoresk”- Xınzirək  deməkdir...

Sultan Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər