Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 1-də Azərbaycan Respublikasının Laçın rayonunun da azad olunmasından sonra 28 ildən çox həmin bölgəni işğal altında saxlamış, onun gerçək sakinlərini öz doğma yurd-yuvalarına həsrət qoymuş təcavüzkar Ermənistanın qonşu hesab olunan kəndlərinin sakinləri qorxuya düşüb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, söhbət Laçın rayonu ilə sərhəddə çox yaxın yerləşən Gorus rayonunun Xoznavar, Tex, Gorunzur və Xınzirək kəndlərindən gedir. Ən “təhlükəli” vəziyyət Laçının Hüsülü, Hacılar, Sadınlar, Malıbəy kəndlərinin əhatəsində qalmış Xoznavar kəndindədir. Erməni sakinlərin sözlərinə görə, Azərbaycan hərbçiləri lap yaxında görünür, ona görə də çox qorxurlar.
Tex, Gorunzur, Xndzoresk kəndləri isə şimaldan Laçının Cağazur, Zabux, şərqdən Malxələf, Baldırğanlı, cənub-şərqdən isə Qazıdərə, Cijimli, eləcə də cənubdan Qubadlının Məlikəhmədli, Əliquluuşağı, Davudlu və s. kəndlərinin “mühasirəsi”ndədir...
Əslində ermənilərin qorxmaq üçün heç bir əsası yoxdur; Azərbaycan ordusu silahsız, müqavimət göstərməyən, təxribat törətməyən heç bir mülki şəxsə atəş açmır...
Xatırladaq ki, “Ermənistan” adlanan qondarma dövlətin sözügedən kəndləri də tarixi Azərbaycan yaşayış məntəqələridir. Onların adları da hamısı türk kökənli adlardır. Məsələn, “Xoznavar” əslində Xəzinəvar, “Xndzoresk”- Xınzirək deməkdir...
Sultan Laçın