“Ermənilər ümid edirdi ki, Rusiya onların əvəzinə vuruşacaq...”
Gündəm
3264
20 Oct 2020 | 13:53

“Ermənilər ümid edirdi ki, Rusiya onların əvəzinə vuruşacaq...”

Ermənistanın atəşkəs sazişini tez-tez pozduğu, həm hərbçilərimizə, həm də mülki insanlarımıza qarşı çoxsaylı təxribatlar həyata keçirdiyi məlumdur.

 

Maraqlıdır, cəbhədə aldığı ağır məğlubiyyətlər səbəbi ilə belə bir atəşkəsə ciddi mənada ehtiyacı olan Ermənistanın, eyni zamanda atəşkəsi pozması nə ilə bağlıdır? Doğrudanmı işğalçı dövlət hələ də beynəlxalq aləmdəki hansısa ermənipərəst dairələrin köməyi ilə  həlledici məğlubiyyətdən xilas olacağına ümid edir?

 

Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Ermənistanın bundan əvvəlki gözləntiləri kimi, bugünkü gözləntilərinin də özünü doğrultmayacağını vurğuladı:

 

“Erməni siyasi elitaları hər zaman əsassız ambisiyalara malik olub, bu ambisiyalarla yaşayıb. Ermənilər iddia edir ki, guya  100 il öncə onlara qarşı “soyqırım” həyata keçirilib. Halbuki, bu iddianın tamamilə yalan olduğu, həqiqətə söykənmədiyi əksəriyyətə yaxşı məlumdur. Ermənilər hesab edir ki, guya  100 il öncə “soyqırıma” məruz qalması səbəbi ilə hər kəs onlara yardım etməli, əl uzatmalıdır. Lakin zaman da, geosiyasi vəziyyət də dəyişib. Indi bir çoxları 100 il bundan öncə baş verənləri, erməni iddialarını  ümumiyyətlə ciddi qəbul etmir. Çünki Ermənistan bu məsələ ilə bağlı heç bir sübut ortaya qoya bilmir. Ermənilər bütün ömürlərini başqalarının torpaqlarını zəbt etməyə, öz ərazilərini genişləndirməyə həsr ediblər. Onların heç vaxt öz dövlətləri, öz torpaqları olmayıb. Onlar digər dövlətlərin torpaqları hesabına yaşayıb.

 

Ermənilər əmin idilər ki, Dağlıq Qarabağ məsələsində onlara dəstək verəcəklər. Çox güman ki, bu gün də kimlərinsə yardımına ümid edirlər. Ümid edirlər ki, kimsə gəlib onların yanlarında dayanacaq, onlara kömək edəcək, onların əvəzinə vuruşacaq. Rusiya ilə bağlı bağlı belə bir gözlənti xüsusilə böyük idi. Amma Rusiya açıq şəkildə nümayiş etdirdi ki, ermənilərin yerinə və əvəzinə vuruşmayacaq. Sübut etdi ki, onların ümidləri mənasızdır və belə bir gözlənti üçün əsas yoxdur.

 

Ermənilərin bizimlə bağlı gözləntiləri də özünü doğrultmadı. Onlar elə bilirdilər ki, daha 30 il Ermənistanla nəticəsiz danışıqlar aparacağıq. Bu gözlənti də puça çıxdı. Ermənilər son qüvvələrini yığıb son nəfəslə bizə qarşı çıxmağa çalışırlar. Başa düşürlər ki, onların, xüsusilə də Ermənistandakı siyasi rejimin taleyi artıq həll olunub. Artıq Ermənistanda yeni qüvvələr formalaşır. Paşinyana qarşı nifrət və tənqidi münasibət var. Paşinyan bunu başa düşür. Başa düşür ki, hakimiyyəti itirmək ərəfəsindədir. Bunu başa düşdüyü üçün də öz xalqına sübut etmək istəyir ki, guya hələ də nəyəsə qadirdir. Bu, absurd bir düşüncədir. Ermənistanın “kitabı bağlanıb”. Azərbaycan öz torpaqlarını azad etməkdədir və sona qədər də beləcə gedəcəyik”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər