“Həbslərə baxmayaraq, onlar hələ də öz əməllərindən əl çəkmək istəmirlər”
Gündəm
4183
20 Aug 2020 | 14:53

“Həbslərə baxmayaraq, onlar hələ də öz əməllərindən əl çəkmək istəmirlər”

Artıq bir neçə aydır ki, DTX və Baş Prokurorluq rüşvət və korrupsiyaya qarşı mübarizə fonunda ciddi addımlar atmaqda, bu problemin həllinə önəmli töhfələr verməkdədir. Son olaraq Kürdəmir Rayon İcra Hakimiyyətində həyata keçirilən həbslər dövlətimizin bu məsələdə kifayət qədər prinsipiallıq sərgilədiyini, rüşvət və korrupsiyaya qarşı ardıcıl mübarizə apardığını göstərir.

 

Bəs rayon icra hakimiyyətlərində həyata keçirilən bu həbslər əyalətlərdə iqtisadi-biznes mühiti üçün əlverişli şəraitin yaradılması, sahibkarların fəaliyyəti üçün daha optimal situasiyanın yaradılmasına da təsir göstərəcəkmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov rüşvət və korrupsiyaya qarşı mübarizənin olduqca zəruri olduğunu vurğuladı:

 

“Rüşvət və korrupsiya ölkəmiz üçün hələ də bu bir bəla olaraq qalır. Artıq altıncı icra başçısıdır ki, həbs olunub. Aparılan həsblər insanlara müəyyən qədər öz müsbət təsirini göstərir. Amma hələ ki, bu həbslər fonunda rayonlarda iqtisadi durumun, biznes mühitinin yaxşılaşdığını deyə bilmərik. Icra başçılaırnmın əksəriyyəti yenə də öz köhnə əməllərindən əl çəkmirlər. Yenə insanları incidir, sahibkarlarla normal münasibətlər qura bilmirlər. Sahibkarlığın inkişafı üçün rayonlarda yenə də müəyyən maneələr var. Çünki biz bununla bağlı müəyyən məlumatlar, informasiyalar əldə edir, məktublar alırıq.

 

Ölkəmizdə son dövrlər çox ciddi islahatlar həyata keçirilir ki, bunlardan biri də rüşvət və korrupsiya ilə mübarizədir. İnsanlarımız bilməlidir ki, bundan sonra da rüşvət və korrupsiyanın qarşısını almaq üçün ciddi addımlar atılacaq.

 

Hesab edirəm ki, bu kimi addımlar zamanla sahibkarlar üçün daha əlverişli mühitin yaradılmasına kömək edəcək. Çünki bu gün mərkəzi icra orqanlaırnda da rüşvət və korrupsiyaya qarşı mübarizə məqsədi ilə önəmli addımlar atılır. Burada da həbslər var. Bu problem öz həllini tapmalıdır ki, sahibakrların normal fəaliyyəti üçün lazımi şərait formalaşsın. Bu baxımdan həm DTX-nın, həm də Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatlar korrupsiyaya qarşı mübarizə baxımından mühüm önəm kəsb edir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər