Gündəm
12970
14 Aug 2020 | 08:43

"Əgər Stepanakertə bir bomba atsanız, cavabını Gəncədə alacaqsınız!.."-VİDEO

Azərbaycan Respublikasının işğal altındakı 13 min kv.km-lik ərazisində Rusiya imperiyası, eləcə də çoxüzlü Avropa və ABŞ-ın dəstəyi ilə qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanxa0 müstəqil (!) dövlətimizə qarşı növbəti həyasız bəyanatla çıxış edib.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, qondarma lider erməni gənclərləxa0 ənənəvi ocaq başındakı söhbətində Xankəndinin Azərbaycanxa0 tərəfindən atəşə tutulması halında qanunsuz erməni “müdafiə ordusu”nun mümkün cavab tədbirləri barədə çərənləyib.

"Kirovabad(Gəncə-S.L.) bizim hədəfimizdədir.xa0 Əgər Stepanakertə bir mərmi və ya bomba atmağa cəhd etsəniz,xa0 cavabını Kirovabadda alacaqsınız"-xa0 30 ildir qəti cavab almadıqlarından gündən-günə həddini aşan separatçıların rəhbəri A. Arutyunyan Azərbaycanı bu şəkildə hədələməyə cəsarət edib.


P.S. İşğalçılar son 25-30 ildə Azərbaycan dövləti və ordusundan sərt və həlledici cavab alsaydılar, bu dığa bu qədər həddini aşmazdı...

P.P.S. İşğalçı və separatçıları birdəfəlik susdurmağın yolu yalnız Türkiyə ilə birləşib güvəndikləri güclərə güc göstərməkdir...xa0


Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər