Gündəm
7134
12 May 2020 | 19:02

"Ən başlıcası, tez vaxtda səfərbər olunaraq torpaqlarımızı işğaldan azad etməliyik..."

Xəbər verdiyimiz kimi, bu gün – mayın 12-də Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibovun 82 yaşı tamam olur.

Moderator.az əməkdaşı yaşından asılı olmayaraq hər bir insanı duyğulandıran belə bir gündə təəssüratlarını öyrənmək üçün sabiq dövlət başçısına müraciət edib.

“Öncə bu gün məni xatırlayan, yad edən bütün insanlara, vətəndaşlara, o cümlədən jurnalistlərə, ayrıca Moderator.az saytının kollektivinə təşəkkürümü yetirirəm.  Xalqımıza əmin-amanlıq, səadət diləyirəm. Vətənimizin, dövlətçiliyimizin gələcək müqəddəratını düşünməklə bir-birimizə dəstək verərək hər birimiz əlimizdən gələni etməliyik... Xarici və daxili siyasətdə  ehtiyatımızı əldən buraxmayaq...

Bizim bir xalqımız, vətənimiz, dövlətimiz var. Hamı birləşsə, hər kəs əlindən gələni etsə, əsas problemlərimizi qısa müddətdə həll edə bilərik. Ən başlıcası,  tez vaxtda gücümüzü səfərbər edərək torpaqlarımızı işğaldan azad etməliyik. Allah bizi ən ümdə arzularımıza çatdırsın... Bir daha hər bir Azərbaycan vətəndaşına  xoşbəxtlik, cansağlığı diləyirəm...”- deyə  keçmiş ölkə rəhbəri gələcəyə ümidlərini ifadə edib.

Sultan Laçın 

Link kopyalandı!
Son xəbərlər