Rusiyada karantin müddəti sentyabr ayına qədər uzadıla bilər... –  Hökumət “stress testləri” hazırlayır
Gündəm
4505
07 Apr 2020 | 16:41

Rusiyada karantin müddəti sentyabr ayına qədər uzadıla bilər... – Hökumət “stress testləri” hazırlayır

Rusiyada karantin müddəti sentyabr ayına qədər uzana bilər.

 

Moderator.az rus mediasına istinadən xəbər verir ki, ölkədə koronavirusla aparılan mübarizə tədbirlərinə rəğmən xəstəliyin sürətlə genişlənməsi, karantin rejiminin uzadıla biləcəyi ilə bağlı ciddi ehtimallara yol açmaqdadır.

 

Ölkə ərazisində fəaliyyət göstərən şirkət və müəssisələri karantin rejiminin ağır şərtləri altında fəaliyyətə hazırlamaq məqsədi ilə, Kreml “stress testləri”nin hazırlığına qərar verib. İki varinatda təqdim edilən “stress testləri”ndə ölkənin karantin rejimində, neft barelinin 10-20 dollar arasında dəyişdiyi ortamda hansı şəkildə fəaliyyət göstərəcəyi öz əksini tapıb.

 

Mütəxəssislər hökumətin “stress testləri”ni hazırlıq tədbiri kimi müsbət qiymətləndirsə də, hesab edirlər ki, karantin müddətinin sentyabra qədər uzadılması həm iqtsiadi, həm də psixoloji baxımdan ağır nəticələrə səbəb ola bilər. Lakin bununla belə, karantin rejiminin aylarla uzadılması tamamilə mümkün və alternativsiz çıxış yolu kimi dəyərləndirilir.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər