Səhhətində
problemlər olan Nicat Dağlar Gürcüstandan Azərbaycana qayıdıb.
Moderator.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya
jurnalistin özü məlumat verib. O, bir saat əvvəl Gəncəyə çatdığını bildirib,
"Sabah Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləcəyəm. Burada analizlərim
təhlil edildikdən sonra hansı xarici ölkəyə və nə vaxt göndəriləcəyi müəyyən
ediləcək".
Jurnalistin sözlərinə görə, səhər saatlarında burnundan qan açılsa da hazırda
özünü norma hiss edir. Jurnalist qeyd edib ki, hər saatdan bir aidiyyəti
şəxslər onunla maraqlanırlar, sabah isə Bakıya ölkənin xüsusi həkimlərin
müşayiəti ilə gətiriləcək. Hazırda Gəncədə İcra Hakimiyyətinin məsul şəxsləri
onun vəziyyəti ilə maraqlanırlar.
Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin bütün müalicə
xərcləri dövlət tərəfindən ödəniləcək.