Ermənilər Qarabağda sülhməramlı qüvvələrinxa0 yerləşdirilməsinə razılıq verir, amma...
Gündəm
5425
16 Jan 2020 | 19:01

Ermənilər Qarabağda sülhməramlı qüvvələrinxa0 yerləşdirilməsinə razılıq verir, amma...

Azərbaycanın işğal altındakıxa0 torpaqlarında qondarılmış separatçı-terrorçu rejim başçısınınxa0 “mətbuat katibi” sayılan David Babayan ad-soyadlı məxluq son vaxtlar bəzi erməni nəşrlərində Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı yayılan şayiələrə cavabında Qarabağda "bufer zonası" anlayışının mövcud olmadığını bildirib.xa0

Moderator.az xəbər verir ki, Rusiyadakı erməni saytların yaydığı məlumatda belə deyilir.xa0xa0

Separatçı məmur “bufer zonası”xa0 terminologiyasının çoxdan köhnəlmiş olduğunu və mövcud reallığı əks etdirmədiyini bildirib.xa0

“Sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasına gəlincə, Qarabağ tərəfi prinsipcə belə bir addımın əleyhinə deyil. Lakinxa0 bunun baş verə biləcəyi haqda özünəməxsus mövqeyə malikdir. Əgər bütün məsələlər, nəhayət, həllini taparsa, yəni Azərbaycan “Artsax Respublikası”nı tanıyar, “Artsax” da Azərbaycan Respublikasını tanıyar... Bəlkə də bu vəziyyətdə bəzi sülhməramlı qüvvələr iki dövlətin “sərhəd”i boyunca yerləşdirilə bilər" -deyə David Babayan həyasızcasına vurğulayıb.

Xatırladaq ki, Qarabağda “bufer zona” deyildikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda qalan 7 rayon: Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanxa0 ərazisi nəzərdə tutulur...

P.S....

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər