Nüfuzlu “Strategy Page” saytında Azərbaycanın İsrail və Rusiyadan 5 milyard dollarlıq yeni silah növləri aldığı ilə bağlı məlumat yer alıb.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov məlum informasiyanın yeni olmadığını, sadəcə indi ictimailəşdiyini bildirdi:
“Bu məlumatlar bugünün informasiyası deyil və əslində kifayət qədər köhnədir. Sadəcə, indi ictimailəşdiyi üçün bu cür ciddi marağa səbəb olub. Azərbaycan sözügedən silahları Rusiya və İsraildən nə bu gün, nə də dünən alıb. Bu silahlar illər uzunu, hissə-hissə alınıb. Bu silahlar alınan zaman Rusiya Ermənistanı bu qədər aktiv silahlandırmırdı. Lakin bu gün vəziyyət dəyişib və Azərbaycan-Rusiya münasibətlərinin gərginliyi fonunda Rusiya Ermənistanı silahlandırmaqdadır. Lakin bunu da unutmayaq ki, Azərbaycanın maddi gücü yetərincədir və bu səbəbdən də ölkəmiz öz silah arsenalını Rusiya ilə yanaşı, digər xarici ölkələrin istehsalı olan silahlar hesabına da modernləşdirə bilər”.
Seymur Əliyev