ABŞ prezidenti Barak Obama müqəddəs
Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarını təbrik edib. Ağ Evdən
yayılan sənəddə prezident xanımı Mişellə birlikdə islam dünyasına xoş
arzularını ifadə edir.
115%;mso-bidi-font-family:Calibri;mso-bidi-theme-font:minor-latin;color:#333333">
“Bu ay
həmçinin bizə xatırladır ki, azadlıq, imkanların bərabərliyi insanlığın
vazkeçilməz hüquqlarıdır. Yaxın Şərqdə, Şimali Afrikada çoxlarının öz hüquqları
uğrunda mübarizə apardıqları, milyonlarla qaçqının Ramazanı öz evindən kənarda
qeyd etməyə məcbur olduğu bir vaxtda yuxarıda qeyd olunan universal dəyərlərin
önəmi bir daha sübut olunur.
ABŞ öz
taleyini özü müəyyən etməyə çalışan, qorxusuz, zorakılıqsız, azad şəkildə
öz inancı ilə yaşayan insanların yanındadır”, - deyə ABŞ prezidentin təbrikində
qeyd olunur.