Moderator.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə yeni vəzifə veriləcək.
Mənbəmizin sözlərinə görə, Prokurorluq orqanlarında işə bərpa olunacağı dəqiqləşən Mahmud Mehdiyev bu yüksək etimadı son zamanlardakı fəaliyyətinə görə qazana bilib. Belə ki, sabiq millət vəkili Gültəkin Hacıbəyliyə qarşı məhkəmə iddiası qaldıraraq, 9 yaşlı oğlunu məhkəmə qərarıyla onun himayəsindən məhrum etdikdən sonra ona belə bir yüksək etimad göstərmək qərara alınıb.
Halbuki, Mahmud Mehdiyev 2010-cu ilin avqust ayında baş prokuror Zakir Qaralovun əmriylə o zaman tutduğu Ağdaş Rayon Prokurorluğunda baş müstəntiq vəzifəsindən azad edilmişdi. Səbəb isə Mahmud Mehdiyevin hərbi xidmətdə olmamasının və işə düzələrkən təqdim etdiyi hərbi biletinin saxta yollarla alınmasının aşkarlanmasıydı.
Belə olan halda, indi onun yenidən prokurorluq orqanlarında vəzifəyə gətirilməsinin aktuallaşması başqa hansı səbəblə izah olunmalıdır?