"Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetinə baş redaktor təyinatından sonra bu qəzetdə uzun illərdən bəri çalışan jurnalistlərə qarşı ədalətsizliklər baş qaldırıb. Jurnalistlərin yaradıcılığına açıq şəkildə maneçilik törədilir".
Moderator.az-ın məlumatına görə, bu fikirlər adıçəkilən qəzetin bir qrup əməkdaşının "Bizim Yol"a yolladıqları elektron müraciətdə əks olunub. Qəzet əməkdaşları baş redaktoru avtoritarizmidə günahlandırır: “Jurnalist azad olmalıdır. Heç bir jurnalist Bəxtiyar Sadıqovdan izn almadan yaxınlıqdakı kafedə belə nahar etməyə düşə bilmir. Sovet dövründə olduğu kimi tabel tərtib olunub. İşə gəlmə və işdən getmə saatı mütləq yazılmalıdır. Kiminsə ailəsi, uşağı xəstədirsə onu xəstəxanaya apara bilmir. Çünki, Bəxtiyar Sadıqov buna imkan vermir. Həyatının bir uzun illərini bu qəzetə həsr edən Flora xanıma qarşı ədalətsizlik edilir. Bir neçə ildir ki, qəzetdə Flora Xəlilzadə imzası ilə yazan jurnalistdən tələb edir ki, soyad sonluğundan imtina etsin. Həmçinin, jurnalistlər üçün inşa olunan mənzillərlə bağlı Bəxtiyar Sadıqov da özündən siyahı hazırlamışdı. Amma etirazlar nəticəsində nəhayət ki, bu siyahı dəyişdirildi”.