Qvatemala  konqresinin I vitse-prezidenti də  Xankəndinə gəldi…-FOTO
Gündəm
3126
08 Dec 2019 | 21:51

Qvatemala  konqresinin I vitse-prezidenti də  Xankəndinə gəldi…-FOTO

Qvatemala Respublikası konqresinin 1-ci vitse-prezidenti  Felipe Aleksos Lorensan  və konqres üzvü Xuan Ramon Lau  Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza gəlib. 

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni  nəşrlərinin yaydığı məlumata görə, əvvəlcə İrəvanda olmuş üzzdəniraq qonaqlar separatçı rejim rəhbəriyi ilə görüşə Ermənistan parlamentinin nümayəndə heyəti ilə birgə gəlib. Qondarma erməni rejiminin “parlament” sədri sayılan Aşot Qulyanla görüşən Qvatamala qanunverici(!) orqanının nümayəndələri separatçı rejimlə  əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edib.

P.S. Yenə "qara siyahı", bəyanat, nota, mənasız danışıqlar, bəs sonra?.. Hər gün "Qarabağa nə vaxt dönürük?" soruşan qoca ata-analarmıza nə cavab verək?...

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər