İngiltərədən qondarma “erməni soyqırımı” ilə bağlı gülməli addım
Gündəm
4340
06 Mar 2019 | 13:17

İngiltərədən qondarma “erməni soyqırımı” ilə bağlı gülməli addım

İngiltərənin dini mərkəzi sayılan Canterbury şəhərində qondarma “erməni soyqırımı”nın “qurbanları”nın xatirəsinə xaçkar qoyulub.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Məsih Kilsəsinin Anı Baxçasında Con Mirdon və Vatdan Moskofyan tərəfindən düzəldilən xaçkar erməni kilsəsinin Böyük Britaniyadakı təmsilçisi Hovakim Manukyan tərəfindən də ziyarət olunub.

Ermənistanın Böyük Britaniyadakı səfirliri xaçkar haqqında məlumatı təsdiqləməklə yanaşı, son illər bu ölkədə qondarma “erməni soyqırımı”nın təbliği ilə bağlı görülən işlərə diqqət çəkib, bu sahədə görülən işləri yüksək qiymətləndirib.

Xatırladaq ki, 1915-ci ildə Osmanlı imperiyası ərazisində həqiqətən də soyqırım baş versə də, bu soyqırım ermənilər tərəfindən türklərə qarşı törədilib. Lakin öz törətdikləri soyqırımı türklərin adına çıxan, qatil olduqları halda qurban obrazına girən ermənilər, 100 ildən çoxdur ki, bütün dünyada özlərini baş verən olayların qurbanı kimi tanıtmağa çalışır. Bu baxımdan Böyük Britaniyada qoyulan bu xaçkar qurbanların deyil, qatillərin xatirəsinə ucaldılan abidə kimi xarakterizə olunmalıdır.

Məlumat üçün qeyd edək ki, son illər erməni kilsəsi və “din xadimləri” qondarma “erməni soyqırımı”nın təbliği sahəsindəki fəaliyyətlərini artırmaqda, dindən daha çox siyasi sferada fəaliyyət göstərməkdədirlər.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər