Azərbaycanın, demək olar ki, 30 ildir işğal altında qalan keçmiş Əsgəran rayonunda yaşayan ermənilər Ağdam rayonunun işğal altındakı düzənlik ərazilərində də taxıl əkir.
Moderator.az xəbər verir ki, Əsgəran erməniləri bu haqda Xankəndindəki ermənidilli separatçı nəşrlərə müsahibəsində Əsgəran “rayonu” “administrasiyası” “kənd təsərrüfatı şöbəsinin” rəhbəri hesab edilən Artsa Qulyan danışıb.
Onun sözlərinə görə, “rayon” ərazisində 7825 hektar sahədə taxıl məhsulları əkilib ki, bunun da xeyli hissəsini “Akna” adlandırılan Ağdamın düzən yerlərində əkilmiş payızlıq taxıl məhsulları əhatə edir.
Xatırladaq ki, separatçı erməni rejimi Ağdam rayonunun işğal altlndakı torpaqlarını “inzibati cəhət”dən Əsgəran və “Martuni”(Xocavənd) “rayon”ları arasında bölüb.
P.S...
Sultan Laçın