“Bu, Türk xalqına hörmətsizlikdir...”
Gündəm
2972
11 Mar 2017 | 19:34

“Bu, Türk xalqına hörmətsizlikdir...”


Almaniyanın ardınca Hollandiya da Türkiyəyə “yox” dedi. Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendumla əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçiriləcək mitinqə gedən xarici işlər naziri Mövlud Çavuşoğlunun  təyyarəsinin Hollandiyaya enişinə icazə verilmədi.

Maraqlıdır, Avropa ölkələrinin bir-birinin ardınca Türkiyəyə “yox” deməsinin səbəbi ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğandır, yoxsa xristian qruplaşması Türkiyənin böyüklüyünü, gücünü həzm edə bilmir?

Moderator.az-ın mövzu ilə bağlı sualını  "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu cavablandırıb. 

Image



V.Zifəroğlu deyib ki, bütün bu olanlar birmənalı şəkildə Türkiyəyə olan münasibətin göstəricisidir:

“Qarşıdan gələn seçkilərdə edilməsi planlaşdırılan dəyişikliklərin müsbət və ya mənfi olmasından asılı olmayaraq bu Türk xalqının daxili işidir və Avropa ölkələrinin ard-arda belə reaksiya göstərmələri, bu iradəyə hörmətsizlikdir. Başqa səbəb şübhəsiz ki, Türkiyənin son illərdə sərgilədiyi aktiv xarici siyasət kursudur. Güclü türk dövləti, Avropanın heç bir zaman qəbul etməyəcəyi bir faktordur. Onlar hələ də 4 yüz illik Osmanlı təzyiqini unutmayıblar”. 

Ekspert onu da qeyd edib ki, həmin ölkələr məqsədlərinə nail ola bilməyəcəklər: 

“Avropa dövlətlərinin ard-arda bu şəkildə qarşıda keçirilməsi planlaşdırılan konstitusional dəyişikliklərə reaksiya verməsi isə əks effekt verməkdədir. Belə etməklə, əksinə, onlar, Ərdoğanın, AKP iqtidrının daxildə də, xaricdə də nüfuzunun daha da yüksəlməsinə səbəb olduqlarının fərqinə varmalıdırlar”.


Rumiyyə

Link kopyalandı!
Son xəbərlər