01:25
17°C
Bakı
Cəlilabad rayonunda yaşlı kişini avtomobil vuraraq öldürüb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Qurtuluş prospektində qeydə alınıb.
Belə ki, minik avtomobili 1943-cü il təvəllüdlü Yaqub Əliyevi vurub.
O, rayon xəstəxanasına aparılıb. Y. Əliyev yerləşdirildiyi xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu