“Sankt-Peterburq görüşündən yaxşı heç nə gözləmirəm”x9d
Gündəm
4094
17 Jun 2016 | 16:46

“Sankt-Peterburq görüşündən yaxşı heç nə gözləmirəm”x9d

Millət vəkili, politoloq Araz Əlizadə Moderator.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 20-nə planlaşdırlan Sankt-Peterburq görüşü ilə bağlı bədbin proqnozlar səsləndirib. Millət vəkili bu görüşdən müsbət heç nə gözləmədiyini qeyd edib:

“Prezidentlərin iyun görüşündən yaxşı heç nə gözləmirəm. Nə qədər ki, Ermənistanda indiki quldur, terrorçu rejim hakimiyyətdədir, bu mümkün deyil. Sərkisyan terrorçudur, o seperatçıların içindən çıxıb. O, istəsə belə Qarabağın qaytarılması ilə bağlı səsnədə imza ata bilməz. Ermənilər onu diri-diri yandırar. Ermənistan hakimiyyəti ilə razılığa gəlmək o zaman mümkün olar ki, bu hakimiyyətdə normal təfəkkür və xarakterə malik insanlar təmsil olunsun. Bu olmayacağı təqdirdə, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil”x9d.

xa0

Seymur Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər