“Silahlı Qüvvələrin hazırkı təmas xəttində kameraların quraşdırılması yolverilməzdir”
4213
17 May 2016 | 13:11

“Silahlı Qüvvələrin hazırkı təmas xəttində kameraların quraşdırılması yolverilməzdir”

Xarici mətbuatın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında baş tutan Vyana görüşündə həmsədrlər qoşunlaırn təmas xətti boyu kameraların quraşdırılması ilə bağlı təkliflə çıxış edib. Təklif müəllifləri hesab edir ki, bu yeniliyin tətbiqi atəşkəs rejiminin etibarlı şəkildə qorunması, atəşkəsin ilk olaraq hansı dövlət tərəfindən pozulmasını müəyyənlədşirmək baxımından səmərəli ola bilər.

Maraqlıdır, Silahlı Qüvvələrin hazırkı təmas xəttində kameraların quraşdırılması dövlətimizin maraqları baxımından nə dərəcədə mümkün və arzuediləndir?

Bununla bağlı Moderator.az-a açıqlama verən “Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev məlum təklifin heç də yenilik olmadığına diqqət çəkdi:

Bu təklif ilk dəfə deyil ki, gündəmə gəlib. NATO standartlarına uyğun olaraq iki dövlət arasında, həmsərhəd rayonlarda texniki vasitələrin quraşdırılması təklifi bundan öncə də səsləndirilib. Lakin o zaman Dağlıq Qarabağ ərazisində olan təmas xəttindən söhbət getməyib. Əsas söhbət Azərbaycan və Ermənistan arasındakı həmsərhəd rayonlardan, məsələn, Tovuz, Qazax, Gədəbəy və s. ərazilərindən gedib. Hansı ki, ermənlər öz ərazilərindən bizim əraziləri atəşə tuturdular.

Görünən odur ki, Təklif müəllifləri texniki vasitələrlə ATƏT-in monitorinq qrupunu əvəz etməyə çalışırlar.  Fəqət Azərbaycan heç vaxt öz ərazisində, işğal edilmiş torpaqlarla Azərbaycan ordusunun nəzarətindəki ərazi arasında hansısa texniki vasitələrin quraşdırılmasına icazə verməz. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdürsə, o zaman işğal edilmiş torpaqlarla Azərbaycanın nəzarətindəki torpaqları ayırmaq heç bir məntiqə sığan hal deyil. Bu, beynəlxalq hüquq normalarına sığmayan bir məsələdir. Buna görə də, kameralarla bağlı təkif yalnız Azərbaycan və Ermənistanın BMT tərəfindən qəbul edilən və tanınan sərhədlərinə aid edilə bilər”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər