Gündəm
4802
03 Apr 2016 | 17:35

"Tarixdən dərs çıxarıb artıq dostumuzu, düşmənimizi tanımaq vaxtıdır..."

Bilirsiniz ki, 15 il Rusiyada yaşamışam. Ali təhsilimi orada almışam, heç kimim olmaya-olmaya hakim, məhkəmə sədri işləmişəm. 15 il ərzində nə qonşularımdan, nə iş yoldaşlarımdan heç bir pislik görməmişəm, əksinə, həmişə mənə dəstək olublar. Mən də olanları heç vaxt yadımdan çıxarmaram. Bununla belə, Rus xalqının yox, Rusiya hakimiyyətinin Vətənimə etdikləri pislikləri sadalamaqla bitməz! Son hadisələlər bir daha Bizə Dostlarımızı və düşmənlərimizi göstərdi. İlk dəqiqələrdən ”ª#”ŽTürkiyə”¬ hakimiyyəti və Türkiyə Xalqı bir daha Bizə Qardaş olduqlarını göstərdi. Rusiya hakimiyyəti isə nəinki neytral olmadı, əksinə, bacardığı qədər işğalçı Ermənistanı müdafiə etdi. Hələ baş verənlərin, şəhid verməyimizin birbaşa baiskarı Rusiya hakimiyyətinin olduğunu demirəm. Kimlərisə ittiham etmək fikrim yoxdur. Sadəcə bir çox yazılarıma olan şərhlərdə Türkiyəni ittiham, Rusiyanı isə müdafiə edənlərin gələcəkdə qərar qəbul edərkən bunları nəzərə almalarını xahiş edirəm. Tarixdən dərs çıxarıb artıq dostumuzu, düşmənimizi tanımaq vaxtıdır.

Aslan İsmayılov, tanınmış hüquqşunas
Link kopyalandı!
Son xəbərlər