“Ordumuz erməni-rus dişini sındırdı”
Gündəm
10119
03 Apr 2016 | 14:21

“Ordumuz erməni-rus dişini sındırdı”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Moderator.az-a açıqlamasında 2 aprel tarixində cəbhəyanı ərazilərdə baş verən toqquşmalara münasibət bildirib:

“Dünən əlamətdar hadisə oldu. Azərbaycan "mən varam" dedi. Millətimiz siyasi dünya görüşündən asılı olmayaraq diri, ruhlu olduğunu, Vətən məsələsində bir və bərabər olmağa qadir olduğunu nümayiş etdirdi. Milli ordumuz ona qıcanan erməni-rus dişini sındırdı. Bu qələbə idi, bizi daha böyük uğura səsləyən zəfər idi. Hər kəs, o cümlədən ermənini üstümüzə qısqırdan rus ayısı da gücümüzü gördü.

Bu proses davamlı olmalıdır. Türk dünyası Azərbaycanın yanında olduğunu bəyan etdi. Rusiya aqressivdir, dövlətimizi və millətimizin varlığını sinirə bilmir. Azərbaycan Türkiyənin olduğu məkana - demokratik dünyaya inteqrasiya etdiikcə Rusiya aqressivliyi quduzluq mərhələsinə keçə bilər. Erməni kartından istifadə edərək bölgəyə hərbi təcavüzə cəhd edə bilər. Arxayınçılığım var ki, biz bu hiylələri önləyə biləcəyik. Nə Azərbaycan, nə də Türkiyə keçən əsrin əvvəlindəki vəziyyətdə deyil. İndi çox güclüyük. Dünən isə Vətən məsələsində 10 milyonun bir yerdə olduğu təsdiqini tapdı. Göz dağı payı alan düşmənlər artıq bizim üçün qorxu mənbəyi deyil. Dünənki zəfərdın sonra alnımıza yalnız qələbə yazıldı. Şəhidlərimizin ruhları şad, qazilərimizin qəzası mübarək, ordumuzun zəfəri bol olsun”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər