Gündəm
5693
23 Feb 2016 | 16:27

"23 fevralı bayram kimi qələmə vermək tariximizə hörmətsizlikdir..."

”ª"23 fevral”¬ 1918-ci il Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə 28 aprel 1920-ci il tarixdə süquta uğradan, 70 il bizi repressiyalara məruz qoyan, 20 yanvar 1990-cı ildə Bakını qana boğan Sovet Qırmızı Ordusunun yarandığı gündür.

 Məhz bu ordu azərbaycanlıları daim aşağıladı, qonşulardan fərqli olaraq onlara elit hərbi hissələrdə qulluq keçməyi yasaq etdi. Əvəzində aşağılayıcı hərbi hissələrdə bizə bol yer verdilər. Bu da insanlarda orduya mənfi münasibət yaratdı. Bütün bunlar Qarabağ savaşında özünü bir daha göstərdi. Bunları ona görə qeyd edirəm ki, bu gün də gənc nəsil arasında 23 fevralı bayram kimi qeyd edən vətəndaşlarımız var.

1918-ci il 26 iyun tarixli fərmanla isə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordumuz Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi, xalqımıza qarşı yönəlmiş qırğının qarşısını aldı. Azərbaycan Milli Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Əbdülhəmid bəy Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Milli Cümhuriyyətimiz süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordumuzu da ləğv etdi.

P.S. Gənc nəslin bunları bilməsi olduqca vacib, 23 fevralı bayram kimi qələmə vermək isə tariximizə hörmətsizlik kimi qəbul edilməlidir."

Aslan İsmayılov, tanınmış hüquqşunas
Link kopyalandı!
Son xəbərlər