Türkiyə-Rusiya qarşıdurmasının dərinləşdiyi bir zamanda rəsmi Ankara həm PKK, həm də İŞİD-ə qarşı mübarizəni davam etdirməkdədir. Maraqlıdır, Türkiyənin indiki həssas məqamında Azərbaycanın qardaş dövlətə yardım etməsinə zərurət varmı? Belə bir yardım Türkiyə və türk dünyasının bu günü və gəlcəyi baxımından nəyisə dəyişə bilərmi?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
Türkiyənin çətin sınaqlar ərəfəsində olduğunu vurğuladı:
“Bir
şeyi hamı aydın dərk etməlidir ki, diplomatik dil yerini hərb dilinə verir. Qorxulu
bir mərhələdir. Dünyanın əsas güc mərkəzləri, xüsusilə əsas siyasi-ideoloji, hərbi
qütblər oyunun mərkəzindədirlər. Dünya sökülüb təzədən yığılma ərəfəsindədir.
İndi prosesləri qütblər diktə edir. Böyük orta doğu projesinin fəlsəfəsində Orta Şərqin tam
nəzarətə götürülməsi, İranın da parçalanması, bölgənin yenidən bölünməsi,
İsrailin hegemonluğuna cəhd və bölgədə əsas regional güc mənbəyi olan Türkiyənin
nisbətən zəif salınması və daha az paya iddia etməsi nəzərdə tutulmuşdur.
Türkiyə bunu bilir və hələlik dik durmaqdadır. Türkiyə-Rusiya
qarşıdurmasının böyüməsi, NATO və digərlərinin bu qarşıdurmada iştirakı realdır. Azərbaycanın
indiki halda tək sığınacağı məkan Türkiyə Cumhuriyyətinin olduğu yerdir. Bu
halda Azərbaycanın istəyi heç nəyə təsir etmək iqtidarında deyil. Güman ki,
Türkiyə bu oyunda Azərbaycan da daxil türk dünyasının təmsilçisi olaraq
nəyi məsləhət biləcəksə, elə də davranmalıyıq. Bütün variantlarda Türkiyə-Azərbaycan-Gürcüstan
bir yerdə Türkiyənin yanında olmağa məhkumdurlar. İndiki zamanda əsas prioritet
istiqlalı qorumaq, toqquşmalardan az zərərlə çıxmaq olmalıdır”.
Seymur
Əliyev