“MTN işi” ilə bağlı Moderator.az-a olduqca ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, Eldar Mahmudov, Akif Çovdarov və Mövlam Şıxəliyev triosu MTN tərəfindən müsadirə edilən bəzi məhsulları sənəd üzərində məhv etsələr də, əslində onları paytax və Sədərək Ticarət Mərkəzindəki bəzi işbazlaırn vasitəsi ilə satışa çıxararaq bundan milyonlarla manat gəlir əldə ediblər:
“Sabiq MTN rəhbərliyi
müsadirə etdiyi bəzi məhsulları ”“ xüsusilə də priotexniki vasitələr, fişənglər,
tezalşan maddələr, partlayıcılar, aşağı keyfiyyətli və ya qaçaqmal yolu ilə gətirilən
məhsulları müsadirə edərək möhürləyib və onları aktlaşdıraraq məhv edildiyi ilə
bağlı saxta sənədlər hazırlayıb. Sənəddə bu məhsulların konkret şəxslərin
iştirakı ilə müəyyən edilmiş yerlərdə məhv edildiyi göstərilib. Əslində isə ölkədə
satışına qadağa qoyulan və ya satışı məhdudlaşdırılan bu məhsullar sabiq MTN rəhbərliyinin
biznes aləmindəki əlaltıları vasitəsi ilə satılıb ki, nəticədə “qanun keşikçiləri”
milyonlarla manat qanunsuz vəsait əldə ediblər”.
Mənbənin sözlərinə görə,
bu məhsulların satışı zamanı maraqlı üsullardan istifadə edilib:
“Müsadirə edilən və MTN tərəfindən
möhürlənən məhsullar məhv edilmək adı ilə idarənin bazasından çıxarılandan
sonra onu sabiq MTN rəhbərliyinə məxsus obyektlərə aparır, həmin obyektlərdə
tırlarla məhsul tamam başqa rəng və ölçülü qutulara boşaldılır, bunun ardınca
bazar qiymətindən bir qədər aşağı qiymətə “münasib iş adamlarına” təklif
olunurdu. Bu təklif iş adamları üçün də maddi baxımdan sərfedici olduğundan həvəslə
qəbul edilirdi. İş adamlarını MTN rəhbərliyinə bağlı biznesmenlərlə əməkdaşlığa
sövq edən digər bir amil isə onlardan alınan məhsulun satışı zamanı kimsənin iş
adamlarına əngəl yaratmaması, bu məhsulları rahat, qorxusuz-hürküsüz şəkildə
sata bilmələri idi”.
Mənbə hesab edir ki, yeni
ilin yaxınlaşdığı indiki ərəfədə sabiq MTN
rəhbərliyi və onlara bağlı iş adamlarının anbarlarında müsadirə edilən və
satışa hazırlanan müxtəlif partladıcı və fişənglərin olması ehtimalı böyükdür.
Hansı ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə aparacağı araşdırmalar konkret
nəticələrin ortaya çıxmasına yardım edə bilər.
Mənbənin məlumatına görə,
bəzi hallarda hansısa məhsula müsadirə adı ilə əl qoylsa da, həmin məhsullar
ümumiyətlə sənədləşdirilməyib və birbaşa
şəxsi obyektlərə, ticarət mərkəzlərinə göndərilib.