Türkiyənin hava sərhəddini pozan Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasının ardınca iki dövlət arasında diplomatik gərginlik yaranmağa başlayıb. Baş verənlərə münasibət bildirən Azərbaycanın bəzi siyasiləri, millət vəkilləri Türkiyənin rus təyyarəsini vurmqla yanlış addım atdığı və rəsmi Ankaranın üzr istəməli olduğu qənaətindədir.
Maraqlıdır,
baş verənlər iki dövlət arasında
daha ciddi qarşıdurmaya, hərbi toqquşmalara gətirib çıxarda bilərmi? Öz hava sərhəddini
qoruyan Türkiyənin bu addımı təqdir, yoxsa tənqid edilməlidir? Türkiyənin bu
"səhvinə” görə üzr istəməsinə ehtiyac varmı?
Məsələ
 ilə bağlı Moderator.az-a açıqlama verən
beynəlxalq şərhçi Mirzə Xəzər, məlum insidentin tərəflər arasında açıq müharibəyə
səbəb olmayacağını bildirsə də, digər sahələrdə gərginliyi artıracağını
vurğulayıb:
“Rusiya təyyarəsi vurulandan
sonra Türkiyə ilə Rusiya arasında qarşıdurmanın miqyasını indidən söyləmək çox
çətindir. Hadisələr iki dövlət arasında açıq müharibəyə aparmayacaq,
lakin Suriya ərazisində iki dövlət arasında virtual isti savaş güclənəcək.
Rusiya aviasiyası Əsədə qarşı olan və Türkiyəyə yaxınlığı ilə tanınan dəstələrə
qarşı əməliyyatları gücləndirəcək. Türkiyə də Suriya ərazisindəki müttəfiqlərinə
yardımı artırmaqla ruslara cavab verməyə çalışacaq. Rusiyanın üstünlüyü Suriya
hava sahəsinə nəzarət etməsidir. Türkiyənin zəifliyi Suriya hava sahəsinə girə
bilməməsidir. Türkiyənin Suriyada hərbi iştirakına, eləcə də bufer zonasına
Ankaranın müttəfiqi olan ABŞ və NATO qarşı çıxır. Əlbəttə, Türkiyənin öz hava sərhədlərini
qorumalıdır. Bu baxımdan Rusiya hərbi təyyarəsinin vurulmasını bu çərçivədə şərh
etmək doğrudur. Lakin NATO Türkiyənin tərəfini tutsa da, Ankaranın hərəkətinə
xoş baxmır. Xüsusilə Paris terrorundan sonra ABŞ və Avropa "İslam Dövləti"nə
qarşı qlobal koalisiya yaratmaq üçün ciddi addımlar atırlar. ABŞ və Qərb Rusiyanın
bu koalisiyada ən fəal iştirakına nail olmağa çalışırdılar. Türkiyə ilə Rusiya
arasında təyyarə gərginliyi Qərbin planlarına yalnız ziyan vura bilər. Rus təyyarəsi
bir neçə saniyəlik Türkiyə hava sahəsinə girmişdirsə, buna diplomatik yolla
etiraz bildirmək təmkinli və məqsədəmüvafiq hərəkət olardı. Lakin görünür
Ankara rəhbərliyi Yaxın Şərqdə əsas söz sahibi olduğunu bu yolla qabartmaq istəyib.
Mən deputatların dediklərini oxumamışam. Üzr istəmək mövzubəhs deyildir. Türkiyə
liderləri üzr istəməzlər, lakin Qərbin təzyiqləri altında Ankaranın mövqeyini
yumşaldacağını təxmin etmək yanlış olmaz”.
Seymur
Əliyev
![Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib](https://moderator.az/photo/213x120/2024/07/27/1722110045_d77e2033dff67ce17222628f05e62229.jpeg)
![Livandan İsrailə raket atıldı: Ölənlər var](https://moderator.az/photo/213x120/2024/07/27/1722107916_epwz6b1pzm8qyamipqz0ssr4ywtjqajxxgbeyw3o_1200.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722107606_2_main-v1647880870.jpg)
![Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722107144_quba.jpg)
![Bakıda yaşayış binasında yanğın olub](https://moderator.az/photo/213x120/2024/07/27/1722106678_yangin2.jpg)
![Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu](https://moderator.az/photo/213x120/2024/07/27/1722106185_ukrayna_ordusu.jpg)
![Xolesterini yox edir, şəkəri tənzimləyir](https://moderator.az/photo/213x120/2024/07/27/1722105558_xolk.jpg)
![İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!](https://moderator.az/photo/213x120/2024/07/27/1722103460_img_4108-750x500.jpeg)
![Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək](https://moderator.az/photo/213x120/2024/07/27/1722105178_international-olimpique.jpg)
![Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır](https://moderator.az/photo/213x120/2024/07/27/1722104951_axsam-yemeyi.jpg)
![Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!](https://moderator.az/photo/213x120/2024/07/27/1722102904_ermenistan-bazari.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722105219_fransa-2024-paris-olimpiyatlari-reuters-2012488.jpg)
![Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb](https://moderator.az/photo/213x120/2024/07/27/1722103265_view_rd2.jpg)
![DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər](https://moderator.az/photo/213x120/2024/07/27/1722103106_suni-intellekt.jpg)
![Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?](https://moderator.az/photo/213x120/2024/07/27/1722102840_2024-07-27-21-47-39ykncklongya4mc3bxmzu_file.jpg)
![Minimum əmək haqqı BU QƏDƏR OLACAQ](https://moderator.az/photo/213x120/2024/07/27/1722102125_manat_050821.jpg)
![Üzümü bu qidalarla birgə yemək olmaz!](https://moderator.az/photo/213x120/2024/07/27/1722102352_uzum.jpg)
![Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722101763_6c3b08eee48ef02a842c7d6cb3bc3902.jpg)
![Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır](https://moderator.az/photo/213x120/2024/07/27/1722101969_cihaz.jpg)
![Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi](https://moderator.az/photo/213x120/2024/07/27/1722100857_basketbol-1675075654.jpg)
![“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat](https://moderator.az/photo/213x120/2024/07/27/1722100658_texribat.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722100324_regnum_picture_17220836389333_big.jpg)
![Uğursuz insanların etdiyi 6 səhv](https://moderator.az/photo/213x120/2024/07/27/1722100229_uursuz.jpg)
![Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM](https://moderator.az/photo/213x120/2024/07/27/1722099857_doctor-with-medical-mask-checking-his-notes-696x464.jpg.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722099012_sevda.jpg)
![Qlobal D vitamini böhranının həlli varmı?](https://moderator.az/photo/213x120/2024/07/27/1722098642_d-vitamini.jpeg)
![Qarnında güllə olan KÖRPƏ DOĞULDU](https://moderator.az/photo/213x120/2024/07/27/1722098244_krpe.jpg)
![Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq](https://moderator.az/photo/213x120/2024/07/27/1722098070_yol.jpg)
![FHN əməkdaşının ölümünün təfərrüatı bilindi](https://moderator.az/photo/213x120/2024/07/27/1722097953_bile.jpg)
![2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722097665_2-milyon-dollar.jpg)