Akademiya “Akif Çovdarovun keçi ferması”x9dnı rədd etdi
Gündəm
2191
26 Nov 2015 | 15:38

Akademiya “Akif Çovdarovun keçi ferması”x9dnı rədd etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsi mediada Dendralogiya İnstitutu haqqında yayılmış informasiya ilə bağlı açıqlama verib.

AMEA-dan Modern.az-a bildirilib ki, mediada yayılmış məlumatlara görə, guya, Akademiyasının Dendralogiya İnstitutunun daimi istifadəsində olan ərazi Xəzər rayon İcra Hakimiyyəti tərəfindən fiziki şəxsə torpaq sahəsi kimi ayrılıb.

“AMEA-nın İşlər İdarəsi bildirir ki, sözügedən məsələ ilə bağlı informasiya yanlışdır. Dendralogiya İnstitutu (Mərdəkan Dendrarisi) AMEA-nın milli sərvətidir. İnstitut həm tarixi əhəmiyyətlidir, həm də təbiət muzeyidir. Bu günə qədər özəlləşdirilməsi, yaxud hər hansı bir şəxsin istifadəsinə ayrılması üçün heç bir göstəriş və ya sərəncam verilməyib.
2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında elmi-iqtisadi potensialı nəzərə alınaraq, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu adlandırılıb. Hazırda institutun inkişaf perspektivləri üçün yeni təcrübə sahələrinin ayrılması məqsədi ilə müvafiq layihələr hazırlanmaqdadır.
1967-ci ildə Nazirlər Kabineti tərəfindən Mərdəkan Dendrarisinə 12 ha torpaq sahəsi ayrılıb. İndiyə qədər bu ərazidən heç bir hüquqi və ya fiziki şəxsə torpaq sahəsi verilməyib, əldə olunması ilə bağlı müraciət olunmayıb”x9d.

Qeyd edək ki, mediada yayımlanmış məlumatda iddia olunub ki, Dendralogiya İnstitutunun ərazisi MTN-dən qovulan cinayətkar dəstənin üzvləri olmuş Akif Çovdarov və digərlərinin şəxsi istifadəsi üçün ayrılıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər