Sülhməramlı əsgərdən həyasız açıqlama: “Bura Azərbaycan torpağı deyil” - VİDEO
838
07 Dec 2022 | 12:33

Sülhməramlı əsgərdən həyasız açıqlama: “Bura Azərbaycan torpağı deyil” - VİDEO

Xəbər verdiyimiz kimi, Şuşa şəhərindən Xocalıya yola düşən azərbaycanlı jurnalistlərlə rus sülhməramlıların əsgərləri arasında qarşıdurma yaranıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı İTV telekanalı video hazırlayıb.

Görüntülərdə rusiyalı əsgər jurnalistə “Maşını buradan götürə bilərsinizmi?” sualını verib.

Azərbaycanlı jurnalist “Yol istiqamətində, bəli, edə bilərik” cavabını verib..

O isə həyasızcasına “Ora, Azərbaycana doğru” deyib.

Bu sözləri deməklə yəqin sülhməramlı Qarabağın Azərbaycan torpağı olduğunu unudub.
Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Şuşa şəhərindən Xocalıya yola düşüb. Onların arasında Azərbaycanın tanınmış telekanallarının əməkdaşları da yer alıb.

Bizim.Media
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər