06:04
10°C
Bakı
Qusar şəhərinin Vidadi küçəsində yanğın qeydə alınıb.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, üç otağı və bir aynabəndi olan evdə ev sahibi Arif Ricaəddin oğlu Qədirovun yanmış meyiti tapılıb.
Evin və onun hansı şəraitdə yanması məlum deyil.
Qusar rayon prokurorluğunda bununla bağlı araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.