İrəvan Ermənistana keçən azərbaycanlını təhvil verdi
Gündəm
1521
26 Oct 2026 | 13:14

İrəvan Ermənistana keçən azərbaycanlını təhvil verdi

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bildirib ki, oktyabrın 24-də Tavuşda (Tovuzqala - red.) aşkar edilmiş Azərbaycan vətəndaşı Bakıya təhvil verilib.
 
Moderator.az bu barədə erməni mediasına istinadən bildirir.
 
Qurum qeyd edib ki, Yaşar Əli oğlu Qasımov Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.
 
Qeyd edək ki, azərbaycanlı çoban azaraq şərti sərhədi keçmişdi və yaxalanmışdı.
 
Oktyabrın 1-də Qarakilsə rayonunun Şəki kəndində saxlanılmış hərbçimiz Nəsimi Musayev barəsində isə 2 aylıq həbs seçilib və hələlik Ermənistan hərbçini geri qaytarmağa tələsmir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər