“Bu zavallılar anlamalıdırlar ki…” – Deputatdan Türkiyədəki fürsətcillərə CAVAB
Gündəm
1486
28 Sep 2026 | 12:30

“Bu zavallılar anlamalıdırlar ki…” – Deputatdan Türkiyədəki fürsətcillərə CAVAB

“Son günlər Türkiyədə bir qrup fürsətcillər və qardaşlığımızı həzm edə bilməyənlər bizi bir-birimizə qarşı qoymağa, aramıza şübhə və nifaq salmağa çalışırlar. Lakin bu zavallılar anlamalıdırlar ki, iki qardaşı bir-birindən ayıra, birliyimizi və gücümüzü zəiflədə bilməzlər”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a deputat Azay Quliyev Azərbaycan - Türkiyə qardaşlığına xələl gətirmək istəyənlərə cavabında söyləyib.
 
Milli Məclisin üzvü daha sonra iki qardaş dövlətin arasını vurmağa cəhd edənlərə xitabən bunları bildirib: “Siz nə qədər süni mübahisələr yaradın, nə qədər saxta gündəmlər formalaşdırın, nə qədər sosial media kampaniyaları təşkil edirsinizsə- edin, Azərbaycanla Türkiyənin qardaşlığını poza bilməyəcəksiniz! Çünki bu qardaşlıq sosial mediada yaranmayıb ki, sosial mediada da pozulsun. Bunu nə trollar qurub, nə də trollar dağıda bilər! Bu qardaşlığın kökü tariximizdə, qan yaddaşımızda, ortaq mədəniyyətimizdə və ən çətin günlərdə bir-birimizin yanında olmağımızdadır”.
 
A.Quliyev vurğulayıb ki, Azərbaycan və Türkiyə bir-birinə seçim qarşısında qalan tərəfdaşlar deyil, bir-birinin ən etibarlı dayağı olan qardaş və müttəfiq dövlətlərdir:
 
“Elə 27 sentyabrda, Anım Günündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Prezidenti cənab İlham Əliyevə zəng etməsi, xalqımıza başsağlığı verməsi, torpaqarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızı rəhmətlə anması buna ən gözəl misaldır. Bu zəng bir daha onu göstərir ki, Azərbaycan–Türkiyə qardaşlığı sosial şəbəkələrdəki süni gündəmlərdən asılı deyil. Bu zəng göstərir ki, Türkiyə Azərbaycanın sevincini də, kədərini də bölüşür və “Bir millət, iki dövlət” sadəcə söz deyil. Bu, real siyasi iradədir, real dövlətlərarası münasibətdir. Bu, real qardaşlıqdır, bir-birilərinin siyasi müstəqilliyinə və suverenliyinə hörmətdir. Çünki bu qardaşlığı tarix yaradıb. Bu qardaşlığı xalqlarımız yaşadıb. Bu qardaşlığı dövlətlərimiz və liderlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Bu gün belədir, sabah da belə olacaq! Azərbaycan - Türkiyə qardaşlığı və müttəfiqliyi sarsılmazdır və onu heç kim zədələyə bilməz! Boşuna cəhd etməyin!”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər