“Fəryad-2” filmindən danışa bilmərəm, izləməmişəm, amma “Dolu-2” çəkiləcək” - FOTO+ÖZƏL
2486
26 Jun 2026 | 14:07

“Fəryad-2” filmindən danışa bilmərəm, izləməmişəm, amma “Dolu-2” çəkiləcək” - FOTO+ÖZƏL

“Azərbaycanda “44” adlı film çəkilib. Amma hələ ki, təqdim olunmayıb. Bu film 44 günlük müharibəmizə həsr olunub. Əlbəttə ki, belə filmlərin sayı daha çox olmalıdır. Müharibə filmləri bahalı filmlərdir. Hansısa müstəqil prodüser və rejissor bu filmləri çəkə bilməz. Düşünürəm ki, müharibə və tarixi filmlərə mütləq şəkildə dövlət dəstəyi olmalıdır”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
 
O daha sonra yeni senari yazdığını bildirib:
“Bir senari yazıb Mədəniyyət Nazirliyinə təqdim etmişəm. Onlar bu işlə məşğuldurlar. Yəqin ki, gələn il çəkiləcək. Gələn ilin planına düşəcək. O da qələbəmizlə bağlıdır. Əsərin adı “Dolu-2” adlanır. Senari haqda çox açıqlama vermək istəmirəm, amma “Dolu” filmindəki qəhrəmanlardan da bu filmdə yer alacaq”.
 
Aqil Abbas Xalq artisti Vaqif Mustafayevin rejissoru olduğu “Fəryad-2” filmini izləmədiyini bildirib:
 
“Fəryad” filmi çox gözəl filmdir. Bu film haqda heç kim pis filmdir deyə bilməz. Amma təəssüflər olsun ki, “Həyat deyəsən gözəldir” yəni “Fəryad-2” filminə baxmamışam. Ona görə də bu film haqda nəsə bir fikir bildirə bilmərəm”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər