ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTO
1402
24 Jun 2026 | 12:49

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTO

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti, bir sıra rayon təşkilatlarının sədrləri və üzvləri, həmçinin partiya rəhbərliyində təmsil olunan digər şəxslər milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını doğum günü münasibətilə ziyarət ediblər.
 
ƏHD Partiyası mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, partiya rəhbərliyi və üzvləri Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyublar.
 
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixində oynadığı rol, ideyalarının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.
 
Xatırladaq ki, iyunun 24-ü Əbülfəz Elçibəyin anadan olmasının 88-ci ildönümüdür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər