Rusiya–Ukrayna müharibəsində itkin hesab olunan Azərbaycan vətəndaşının meyiti tapılıb
1607
07 Jun 2026 | 22:22

Rusiya–Ukrayna müharibəsində itkin hesab olunan Azərbaycan vətəndaşının meyiti tapılıb

Rusiya–Ukrayna müharibəsində itkin hesab olunan Azərbaycan vətəndaşının meyitinin tapıldığı bildirilir.

Astara rayonunun Siyəkəran kənd sakini Qəhrəmanov Vaqif Qazı oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib.

Onun daha əvvəl Dağıstanın Xasavyurt şəhərində yaşadığı, ailəli olduğu və 5 övladının olduğu qeyd edilir.

Mənbələrin məlumatına əsasən, müharibə bölgəsində itkin düşmüş hesab edilən Vaqif Qəhrəmanovun meyitinin tapıldığı və yaxın günlərdə dəfn üçün Azərbaycana gətiriləcəyi gözlənilir.

(teleqraf)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər