Emil Şolan yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
390
13:20, Bu gün

Emil Şolan yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Emil Fərhad oğlu Şolan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin edilib.
 
Moderator.az xəbər verir ki, Xidmətin Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə Emil Şolan təyin olunub.
 
Qeyd edək ki, Emil Fərhad oğlu Şolan bundan əvvəl Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb. O, tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.
 
Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. /İqtisadiyyat.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər