Tıxaclara görə maşınını satıb: “Avtoş” lar deyirdi ki, Cavan, “qaz” ver” - FOTO+ÖZƏL
573
11:47, Bu gün

Tıxaclara görə maşınını satıb: “Avtoş” lar deyirdi ki, Cavan, “qaz” ver” - FOTO+ÖZƏL

“Röya xanım üçün çox darıxıram. Ev onun şəkilləri ilə doludur. Tez-tez o şəkillərə baxıb xatirələrə dalıram. Sonra özümü çox pis hiss edirəm. Haldan-hala düşürəm. Çıxıb küçədə gəzirəm və özümə gəlirəm. Mənim üçün çox ağırdır. Tez-tez onu yad edirəm. Bizim Qusarda bağımız var. Hər dəfə onunla gedəndə mənə tövsiyyələr, məsləhətlər verərdi. O günlər üçün çox darıxmışam”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.
 
O daha sonra sağlam həyat tərzi keçirdiyini bildirib:
“Mən Xətaidə yaşayıram. Gündə parkda gəzirəm, yürüyüş edirəm. Hava soyuq olanda isə balkonda idman edirəm. Nə siqaret çəkirəm, nə də içki içirəm. Müslüm Maqomayev mənə deyirdi ki, sən ən azı gündə bir paçka siqaret çəkməlisən. Sonra bildim ki, özü gündə 3 paçka çəkir. Konservatoriyada oxuyanda isə başqa bir müəllimim dedi ki, sən oxumaq istəyirsənsə səsinə görə siqaret çəkməməlisən. Mən də ona söz verdim. Həkim də bir dəfə mənə dedi ki, yaxşıkı çəkmirsən. Yoxsa indiyə qədər çoxlu xəstəliklərin olardı”.
 
Sənətkar avtomobilini satdığını, metrodan istifadə etdiyini bildirib:
 
“Bir dəfə məni Aztv-yə qonaq çağırdılar. Veriliş saat 12-də idi. Düz 2 saat gecikdim. Tıxacın əlindən tərpənmək olmurdu. Gedib gördüm ki, veriliş çoxdan qurtarıb. Bu hadisədən sonra maşınımı satdım. İndi metro ilə gedib-gəlirəm. Verilişlərə gedəndə arxamca maşın göndərirlər. Mən çox mədəni şəkildə avtomobil idarə edirdim. Amma hamı elə deyil axı.. Bir az hövsələsizlər də var idi. Siqnallayırdılar, deyirdilər ki, “Cavan, bir az ayağını “qaz”-a qoy da” (gülür). “Avtoş” lar daha çox bu sözü deyirdi.. Mən rahat sürməyi sevirdim. Sağla gedirdim”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər