Rusiya ordusu Sumıda təcili yardım avtomobilini vurdu - FOTO
252
10:38, Bu gün

Rusiya ordusu Sumıda təcili yardım avtomobilini vurdu - FOTO

Rusiya qoşunları gecə saatlarında Sumı vilayətinin Qluxov icmasında təcili tibbi yardım avtomobilinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Oleq Qriqorov məlumat yayıb.
 
Hücum nəticəsində təcili yardım avtomobilində olan üç tibb işçisi müxtəlif dərəcəli xəsarətlər alıb. O.Qriqorovun sözlərinə görə, yaralılara operativ şəkildə tibbi yardım göstərilib və hazırda onların həyatı üçün hər hansı təhlükə yoxdur.
 
Ukrayna Milli Polisinin məlumatına əsasən, Svesa icmasında daha bir mülki şəxs düşmən atəşi nəticəsində yaralanıb.
 
Ümumilikdə, ötən gecə ərzində vilayətin Şostka, Nikolayevka, Yunakovka, Znob-Novqorod, Belopolye, Velika Pisarivka və Berezovka icmaları da Rusiya silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər