“Qızım məndən ayrılır, toydan sonra Türkiyədə yaşayacaq” - kövrək ETİRAF
1231
18:44, Bu gün

“Qızım məndən ayrılır, toydan sonra Türkiyədə yaşayacaq” - kövrək ETİRAF

“Qızımın toyuna görə çox həyəcanlıyam. Elə anlar olur ki, insan həyəcanlanmaya bilmir. Mən inanıram ki, bütün valideynlərdə toy qabağı bu hisslər yaşanır. Qızım məndən ayrılır. Təbii ki, bu bir az mənim üçün çətindir (kövrəlir). Həm də bir tərəfdən inanıram ki, hər şey çox yaxşı olacaq. Bu arzu ilə mən yaşayıram. Ürəyimdə yeni arzular yaranır. Onlar mənə nənəlik statusu da qazandıracaqlar. Bu kimi xoş günləri yada salanda çox sevinirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib.
 
O daha sonra əlavə edib:
“Toya hazırlıq prosesi həm yorucu, həm həyəcanlı, həm də məsuliyyətlidir. Qohum-tanışlardan, oğlan evindən çox dəstək olurlar. Mən artıq tək deyiləm. Biz bir ailə sayılırıq. Kürəkənim, yeni qohumlarım mənə bu işlərdə kömək edirlər. Doğma teatrımdan da, qardaş teatrlardan da ən çox aktyorları dəvət etmişəm. Bilirəm ki, hamısı mənə dəstək olacaq. Çünki hər biri çox sevinir. Təsəvvür edin ki, mən onları dəvət etməmişdən, dəvətnamə verməmişdən əvvəl artıq toya hazırlaşırdılar. Toy ərəfəsində bəzən hamı yada düşmür. Sağ olsunlar onlar özləri mənə zəng edib, təbrik edirlər, xoş sözlər deyirlər. Biz aktyorlar iş prosesində bir-birimizdən nə qədər küssək də, incisək də bir-birimizə çox doğmayıq. Bəzən elə olur ki, uzaq qohumlarını illərdir görmürsən, amma sənət yoldaşlarınla gündə bir yerdə olursan. Biz sanki bir yerdə böyüdük, bir yerdə yaşlandıq. Elə həmkarlarım var ki, biz teatra eyni ildə, eyni yaşda gəlmişik. Hərdən onlara baxıb deyirəm ki, artıq deyəsən yaşlaşırıq, amma sən yenə də mənim gözümdə həminki qızsan. Bir-birimizə çox doğmayıq. Hər zaman xoş günlərimizdə, ağır günlərimizdə bir-birimizin yanında oluruq. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur”.
 
Xalq artisti bildirib ki, qızı toydan sonra Türkiyəyə köçəcək:
“Qızımın harada yaşayacağına əlbəttə ki, özləri qərar verəcəklər. Mən də bu qərarla razılaşacam. Onlar Türkiyəyə getmək istəyirlər. Kürəkənim orada yaşayır”, - deyə xalq artisti bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər