Bakıda 550 küçə yuyuldu - FOTO
262
18:32, Bu gün

Bakıda 550 küçə yuyuldu - FOTO

"Aprelin 11-də Bakının kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib".
 
Moderator.az bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib:
 
"Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların təmizlik vasitələri ilə yuyulması təmin edilib.
 
Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər