Goranboyda 
274
16:50, Bu gün

Goranboyda "07" aşdı, sürücü yaralandı - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
 
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq, yol kənarındakı obyektə çırpılıb, daha sonra aşıb. Qəza zamanı sürücü 22 yaşlı Səbuhi Alıyev xəsarət alıb.
 
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər