Abşeronda palçıq vulkanı püskürdü - FOTO
339
13:07, Bu gün

Abşeronda palçıq vulkanı püskürdü - FOTO

9 aprel 2026-cı il tarixində Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanında növbəti püskürmə qeydə alınıb. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
 
Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən, Bozdağ-Güzdək palçıq vulkanında ocağın dərinliyi 3 kilometr, püskürməyin davamlılığı 6 dəqiqə, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər