Keyfiyyətsiz pestisid məhsullarının idxalının qarşısı alındı - FOTO
180
12:58, Bu gün

Keyfiyyətsiz pestisid məhsullarının idxalının qarşısı alındı - FOTO

Fiziki şəxs Səfail Zəki oğlu Qənbərovun İrandan idxal etdiyi ümumi çəkisi 12 028 kq "Emulsifiable Oil Aria 80% L" əmtəə nişanlı pestisid məhsulundan (kənd təsərrüfatı bitkilərini, ərzaq ehtiyatlarını və heyvanları zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qorumaq üçün istifadə edilən kimyəvi və ya bioloji maddələr qarışığı - red.) nümunələr götürülərək laborator müayinələrə təqdim olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.
 
Uyğunsuzluqla əlaqədar, məhsul partiyasının geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Məhsullar mənşə ölkəsinə geri qaytarılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər