Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO
420
14:49, Bu gün

Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO

Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib.
 
Moderator.az Manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. K.Bektaşi bundan əvvəl “AzInTelecom” MMC-də departament direktoru vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Məhəmməd Paşazadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər