Mingəçevirdə idman düşərgəsi: şəhid övladları həm öyrəndilər, həm də əyləndilər
276
12:40, Bu gün

Mingəçevirdə idman düşərgəsi: şəhid övladları həm öyrəndilər, həm də əyləndilər

“YAŞAT” Fondunun və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə aprelin 9-dan şəhidlərimizin övladları üçün IV idman düşərgəsi təşkil olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində icra olunan və 11–15 yaş aralığında olan şəhid övladlarını əhatə edən layihə “Giltex” MMC-nin dəstəyi ilə keçirilib. Məqsəd gənclərin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkilidir.
 
Açılış mərasimindən sonra iştirakçılar üçün Kür çayı üzərində gəmi ekskursiyası, su təhlükəsizliyi haqqında və xilasedici təlimlər təşkil olunub. Növbəti gün iştirakçılar Azərbaycan Su İdman Növləri Federasiyasının avarçəkmə klubu və qayıqların saxlanması üçün olan anqar ilə tanış olub, Kür çayı üzərində təlimlərə qatılıb, həmçinin tennis ustad dərsinə qoşulublar. Düşərgənin üçüncü günündə komanda yarışları keçirilib.
 
Dörd gün davam edən düşərgənin sonunda iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər