Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı - FOTOLAR
324
11:56, Bu gün

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı - FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.
 
Moderator.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər