Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıb - FOTO
225
11:36, Bu gün

Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıb - FOTO

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tələbələr üçün ədliyyə orqanlarında karyera imkanlarına həsr olunmuş infosessiyalar təşkil edilib.
 
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 800-ə yaxın iştirakçının qatıldığı tədbirlərdə gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
Görüşlərdə, həmçinin icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.
 
Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub, tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.
 
Tədbirlərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə müvafiq tövsiyələr verilib.
 
Bu görüşlərin davamlı olaraq respublikanın digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər