Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO
202
13:24, Bu gün

Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO

ABŞ-İsrail və İran münaqişəsi başlayandan aprelin 7-ə qədər olan müddətdə bölgədə həlak olanların və yaralananların sayı açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Bildirilib ki, Yaxın Şərqdə ən çox itki İranda qeydə alınıb: 2 076 ölü, 26 500 yaralı.
 
Kanalın məlumatına görə, İsraildə isə İranın endirdiyi zərbələr nəticəsində 26 nəfər ölüb, 7 183 nəfər yaralanıb.
 
Livana hücumlar isə 1 497 nəfərin həyatını itirməsinə, 4 639 insanın yaralanmasına səbəb olub.
 
Qeyd edilib ki, İranın hücumları nəticəsində ABŞ-nin 13 hərbçisi həlak olub, 200 nəfər yaralanıb.
 
İraqda 109 nəfər ölüb, onlarla insan xəsarət alıb.
 
BƏƏ-də isə münaqişə başlayandan aprelin 7-dək olan müddətdə ölənlərin sayı 12, yaralananların sayı isə 221 nəfər olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər