Mərdəkanda vəhşi it qalmaqalı: 8 nəfəri parçalayıb, ÖLÜM VAR - sahibsiz quduz köpək kimindir? - FOTO+ÖZƏL
1522
10:12, Bu gün

Mərdəkanda vəhşi it qalmaqalı: 8 nəfəri parçalayıb, ÖLÜM VAR - sahibsiz quduz köpək kimindir? - FOTO+ÖZƏL

“Bir neçə gündür ki, yuxularımız ərşə çəkilib. Yaşadığımız Mərdəkan qəsəbəsində, 181 nömrəli məktəbin ətrafında artıq 3 gündür ki, it dolaşır. Bu çoban itidir, kiminsə həyətindən qaçıb. İki gün ərzində 8 nəfəri dişləyib. Bir neçəsini “Semaşko” xəstəxanasına aparıblar. Bəzilərinin vəziyyəti ümumiyyətlə ağırdır. Bir nəfər də dünyasını dəyişib. Məktəb uşaqlarına hürür, cırmaqlayır. Artıq iş o həddə çatıb ki, valideynlər uşaqlarını məktəbə qoymurlar. O valideynlərdən biri də mənəm. Mən də övladlarımı həmin məktəbə aparıram. İt mənim yanımda övladlarıma hücum etsə guya mən nə kömək edə biləcəyəm ki?! Quduzlaşmış itin necə olduğunu da bilirsiniz. Belə olsa mən övladlarımı heç məktəbə qoymayacam. Zəhmət çəkib iti tutsunlar sonra övladımı dərsə buraxım. İt məktəbin darvazasından çox asanlıqla içəri girə bilər”.
 
Bunu Moderator.az-a açıqlamasında Mərdəkan sakini bildirib. 
Digər bir sakin isə bunları bildirib:
 
“Bir neçə nəfəri Teymur Quliyev sanatoriyasının yanında dişləyib. İt çox yekədir. Çoban itidir. Oğlumun bir sinif yoldaşı var. İt onun da üstünə cumub, amma dişləməyib, cırmaqlayıb. İynə vurduracaqlar. Bir neçəsinin başını dişləyib. Bu gün işə gedəcəyəm, ürəyim uşağımın yanında qalacaq. Parçaladığı uşaqların qulaqları, burunları, qolları pis gündədir. İti tuta bilmirlər. Bu əməlli-başlı faciədir. Heç kim yaxın dura bilmir. Bu quduz itdir. Aidiyyatı qurumlar gəlib bu işə bir çarə qılmalıdır və bəlkə də onu hansısa üsulla tutmalıdırlar” deyə digər bir sakin bildirib.
Ümid edirik məsələ saytımızda işıqlandırıldıqdan sonra öz həllini tapacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər