Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
383
13:40, Bu gün

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir Azərbaycan vətəndaşı Rusuya ilə Ukrayna arasında gedən müharibədə həlak olub.
 
Moderator.az APA-ya istinadla bildirir ki, Ucar rayonu Qarabörk kənd sakini, 27 yaşlı Soltan Kamran oğlu Qədirov 1 il öncə müharibə bölgəsində itkin düşüb. Mərhumun nəşi tapılaraq Vətənə gətirilib və ailəsinə təhvil verilib. Soltan Qədirovun nəşi Qarabörk kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
S.Qədirovun Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər